Koronavirus STATİSTİKASI: Yoluxma sayı yenə artdıbackend

Koronavirus STATİSTİKASI: Yoluxma sayı yenə artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirusa 12 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 707 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 945 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. Aktiv xəstə sayı 52 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 228, bu günə qədər isə ümumilikdə 6 867 409 test icra olunub.