Koronavirus STATİSTİKASI: Yoluxma sayı yüksəkdirbackend

Koronavirus STATİSTİKASI: Yoluxma sayı yüksəkdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 317 yeni yoluxma faktı qeydə alınıb, 2 109 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada 36 nəfər COVİD-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 294 211 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 257 942 nəfər müalicə olunaraq sağalıb, 4 045 nəfər vəfat edib. 32 224 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 207, bu günə qədər isə ümumilikdə 3 068 679 test icra olunub.