Koronavirus STATİSTİKASI: Yoluxma sayı yüzün altındadırbackend

Koronavirus STATİSTİKASI: Yoluxma sayı yüzün altındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 58 nəfər sağalıb, 102 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 40 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 827 nəfər müalicə olunaraq sağalıb, 590 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1 702 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 496, bu günə qədər isə ümumilikdə 1 110 279 test icra olunub.