Koronavirus STATİSTİKASI: Yoluxma sayında cüzi artımbackend

Koronavirus STATİSTİKASI: Yoluxma sayında cüzi artım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 650 nəfər müalicə olunaraq sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 226 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 214 423 nəfər müalicə olunaraq sağalıb, 2 998 nəfər vəfat edib. Aktiv xəstə sayı 9 530 nəfərdir.

Ötən müddət ərzində 2 311 417 test aparılıb. Bugünkü test sayı isə 8 574 nəfərdir.