Koronavirus STATİSTİKASI: Yoluxma və ölüm sayı azaldıbackend

Koronavirus STATİSTİKASI: Yoluxma və ölüm sayı azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COViD-19) infeksiyasına 1 924 yeni yoluxma faktı qeydə alınıb, 1 873 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, COViD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 578 627 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 543 200 nəfər müalicə olunaraq sağalıb, 7 709 nəfər vəfat edib, aktiv xəstə sayı 27 718 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 584, ötən müddət ərzində isə ümumilikdə 5 473 157 test aparılıb.