Koronavirus STATİSTİKASI: Yoluxma və ölüm sayında cüzi azalma qeydə alındıbackend

Koronavirus STATİSTİKASI: Yoluxma və ölüm sayında cüzi azalma qeydə alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus infeksiyasına 4 077 yeni yoluxma faktı qeydə alınıb, 3 854 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada 43 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 187 336 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 122 859 nəfər müalicə olunaraq sağalıb, 2 050 nəfər vəfat edib, aktiv xəstə sayı 62 427 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 998, bu günə qədər isə ümumilikdə 1 998 577 test icra olunub.