Koronavirus vaksini uşaqlar üzərində sınaqdan keçiriləcəkbackend

Koronavirus vaksini uşaqlar üzərində sınaqdan keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada “AstraZeneca” şirkəti və Oksford Universitetinin hazırladığı koronavirus vaksininin uşaqlar üzərində sınaqdan keçiriləcəyi bildirilib.

NOCOMMENT.az xəbər verir ki, sınaqlarda 6-17 yaş arasında 300 uşaq iştirak edəcək.

Sınaqların Böyük Britaniyanın üç şəhərində – London, Bristol və Sauthemptonda baş tutacağı qeyd edilib.

Qeyd edək ki, bu, dünyada 18 yaşdan aşağı şəxslər üçün keçirilən ilk koronavirus vaksini sınağı olacaq.