Koronavirusa ən çox yoluxmuş ilk 10-luq ölkə dünya üzrə yoluxmaların 81%-ni təşkil edirbackend

Koronavirusa ən çox yoluxmuş ilk 10-luq ölkə dünya üzrə yoluxmaların 81%-ni təşkil edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus (COVİD-19) infeksiyasına ən çox yoluxmuş ilk 10 ölkə müəyyən edilib.

NOCOMMENT.az-ın təqdim etdiyi infeksiyaya ən çox yoluxmuş ilk 10 ölkə siyahısına 176 518 nəfərlə ABŞ başçılıq edir. İkinci yerdə İspaniyanı (94 417 nəfər) üstələyərək 105 792 nəfərlə İtaliya durur. Çin 81 518 nəfər infeksiyaya yoluxmuş xəstə ilə 4-cü yerdədir.

Daha sonrakı yerlərdə 68 180 nəfər virusa yoluxmuş xəstə ilə Almaniya və 52 128 nəfərlə Fransa qərarlaşıb. İran 44 605 nəfər koronavirusa yoluxmuş insanla 7-ci, Birləşmiş Krallıq 25 150 nəfərlə 8-ci, İsveçrə 16 186 nəfərlə 9-cu yeri bölüşür. Qardaş Türkiyə də artan yoluxma hallarına görə 13 531 infeksiyalı xəstə ilə ilk onluğu tamamlayır.

İlk 10-luqda olan ölkələrin ümumi koronavirusa yoluxmuş xəstə sayı 678 025 nəfərdir. COVİD-19 virusuna yoluxmuş ümumi xəstə sayının 836 894 nəfər olmasını nəzərə alsaq, ilk 10-luqda olan ölkələrin virusla yoluxmuş xəstələri cəmi dünya üzrə koronaviruslu xəstələrin 81,0%-ni təşkil edir.

Qeyd olunan rəqəmlər 31.03.2020-ci il tarixinə olan hesabatdır.

31.03.2020 - Cəmi yoluxma sayına görə ilk onluq
31.03.2020 – Cəmi yoluxma sayına görə ilk onluq