Koronavirus (COVİD-19) infeksiyasına ən çox gündəlik (yeni) yoluxmuş ilk 10 ölkə müəyyən edilib.
NOCOMMENT.az-ın təqdim etdiyi infeksiyaya ən çox yeni yoluxmuş ilk 10 ölkə siyahısına 12 730 nəfərlə ABŞ başçılıq edir. İkinci yerdə 7 578 nəfərlə Fransa durur. İspaniya 6 461 nəfər infeksiyaya yoluxmuş xəstə ilə 3-cü yerdədir.
Daha sonrakı yerlərdə 4 053 nəfər virusa YENİ yoluxmuş xəstə ilə İtaliya və 3 110 nəfərlə İran qərarlaşıb. Birləşmiş Krallıq 3 009 nəfər koronavirusa yoluxmuş insanla 6-cı, Türkiyə 2 074 nəfərlə 7-ci, Almaniya 1 295 nəfərlə 8-ci yeri bölüşür və 1 035 infeksiyalı YENİ xəstə ilə Portuqaliya 9-cu yerdədir. İlk onluğu Kanada 1 019 YENİ yoluxmuş xəstə ilə tamamlayır.
İlk 10-luqda olan ölkələrin ümumi koronavirusa YENİ yoluxmuş xəstə sayı 42 994 nəfərdir. COVİD-19 virusuna YENİ yoluxmuş dünya üzrə ümumi xəstə sayı 52 235 nəfər təşkil edir. İlk 10-luqda olan ölkələrin virusla YENİ yoluxmuş xəstələri cəmi dünya üzrə koronaviruslu xəstələrin 82,3%-ni təşkil edir.
Qeyd olunan rəqəmlər 31.03.2020 tarixinə olan hesabatdır.
