Alman alimləri yeni elmi tədqiqatları ilə covidlə effektiv mübarizə aparan təbii giləmeyvə elan ediblər.
NOCOMMENT.az medicina.az-a istinadən bildirir ki, qara quşarmudu və şirəsinin covid virusunu orqanizmdə 97% öldürdüyü məlum olub.
Tədqiqatlar Ulma Molekulyar virusologiya universitetində aparılıb. Nəticələrə görə, qara quşarmudunun şirəsi boğazda və bədəndə infeksiyanın aktivliyini azaldır, virusu parçalayır. Eyni təsiri nar şirəsi də göstərir.
Alimlərin fikrincə, bu içkilərdə turş mühit və bitki polifenolları var, onlar virusun üst təbəqəsini dağıdır.