Koronavirusa yoluxan Rəşid həkimdən xəbər var: Ölümə yuxarıdan aşağı baxırbackend

Koronavirusa yoluxan Rəşid həkimdən xəbər var: Ölümə yuxarıdan aşağı baxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnsanlar çalışmalıdır ki, normal, dürüst yaşasınlar. Övladlarına halal və haramı başa salsınlar”

NOCOMMENT xəbər verir ki, bu barədə “Şərq” qəzetinə açıqlamasında Rəşid Mahmudov deyib.

O, ağır xəstəlik keçirdiyini xatırladaraq, hazırda ayağa qalxdığını evdə müalicə aldığını söyləyib: “Koronavirusa yoluxmuşdum, 13-14 gün müddətində xəstəxanada yatdım. İndi isə xəstəxanadan çıxmışam. Özümü çox yaxşı hiss edirəm. Şükür Allaha, həkimlərimiz məni doğrudan da ölümcül vəziyyətdən xilas etdilər. Gömrük Xəstəxanasının həkimlərinə öz təşəkkürümü bildirirəm. Öz aramızdır, oradakı xəstəxana çox mükəmməl, bugünkü tələbata uyğun olaraq Avropa stilində qurulub. Oranın baş həkimi, müavini də mənim tələbəm olub. Çox gözəl insandırlar və orada gözəl bir tibbi-sistem qurublar. Doğrudan da fəxr edirəm ki, bizim belə həkimlərimiz var.

Həkimlərimiz tək mənim yox, çox adamın ölümünün qarşısını aldılar. Həqiqəti, gözümlə gördüyümü deyirəm. İndi evdəyəm, yaxşıyam, kefim kökdür. Fevralın 6-na qədər həkimlər evdən çıxmağa icazə vermir”.

Rəşid həkim ölümdən qorxmadığını, ölümə yuxarıdan aşağı baxdığını bildirdi: “Allaha qurban olum, ölümdən qorxmuram və bunu qəbul edirəm. İnsanlarımız bunu da bilməlidirlər. Ölümün özü də gözəl bir şeydir. Amma insanlar çalışmalıdır ki, normal, dürüst yaşasınlar. Övladlarına halal və haramı başa salsınlar. Düzgün insan yetişdirsinlər. Türk olmaq lazımdır, oğul! Türk! Türk! Varını yox, nəyi varsa, insanlarla bölüşdürəndir türk. Türk həmişə düz və dürüst danışandır. Hegel deyir ki, bu dünyanı idarə etmək üçün vəzifə başına mütləq bir türk qoyun. O, dünyanı ədalətlə, haqla idarə edəcək. Niyə? Çünki türklər həqiqətin özüdürlər, qanuna tabedirlər.

Amma qeyrilərinin heç biri buna əməl etmirlər. Ona görə deyirəm ki, türk olmaq çox çətindir və onlardan da çox qorxurlar. Ona görə ki, türk hər zaman canından olsa da həqiqəti deyir. Bax, insanlara bunu aşılamaq lazımdır”.