Koronavirusa yoluxan şair-jurnalistin vəziyyəti kritikdirbackend

Koronavirusa yoluxan şair-jurnalistin vəziyyəti kritikdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa yoluxan tanınmış şair, jurnalist Əvəz Qurbanlının vəziyyəti ağırdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə şair Əvəz Qurbanlı öz sosial şəbəkə hesabında məlumat paylaşıb. Onun sözlərinə görə vəziyyəti son dərəcə kritikdir:

“10 gündən artıqdı temperaturum 39-40 arasında dəyişir. Sağlıq durumum həyatımda heç olmadığı qədər kritikdir. Bu günə qədər bu barədə kimsəyə bildirmədim. Düşündüm keçib gedər. Amma keçmədi. Bu gün təcili yardım gəlib xəstəxanaya yerləşdirməlidi. Yalnız səmimi dualarınıza ehtiyacım var”.

Musavat.com-un müxbiri xəstəxanaya yerləşdirilən Əvəz Qurbanlı ilə əlaqə saxlayıb.
Hazırda Zığda yerləşən modul tipli xəstəxanada müalicə alan şairin ciyərlərində 60 faiz buzlu şüşə aşkarlanıb. Danışmağa, nəfəs almağa çətinlik çəkən Əvəz Qurbanlı sağlıq durumunun ciddi şəkildə nəzarətə alınmasına ehtiyac var.