Koronavirusa yoluxan Ukrayna Prezidentinin xanımının son durumubackend

Koronavirusa yoluxan Ukrayna Prezidentinin xanımının son durumu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVID-19 infeksiyasına yoluxan Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya sağalaraq xəstəxanadan evə buraxılıb.

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Ukrayna dövlət başçısının ofisi məlumat yayıb.

“Ukraynanın birinci xanımı Yelena Zelenskaya sağalıb və bu gün xəstəxanadan buraxılıb. O, özünü yaxşı hiss edir və yenidən ailəsi ilə birlikdə olmaqdan xoşbəxtdir”, – məlumatı verilib.

Xatırladaq ki, 16 iyun tarixində Y. Zelenskaya koronavirus səbəbi və ikitərəfli pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ukrayna prezidenti və övladlarından götürülən testin nəticəsi isə neqativ olub.