Koronavirusa yoluxan Xalq artistindən XƏBƏR VARbackend

Koronavirusa yoluxan Xalq artistindən XƏBƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa yoluxan Azərbaycanın tanınmış diktoru, Xalq artisti Eldost Bayram başqa xəstəxanaya köçürülüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə report-a sənətçinin həyat yoldaşı Minarə Bayram məlumat verib.

O bildirib ki, 74 yaşlı Xalq artisti Zığ qəsəbəsindəki modul tipli xəstəxanadan dekabrın 9-da sağalma diaqnozu ilə çıxıb. Amma özünü yaxşı hiss etmədiyinə görə yenidən Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: “Həkimlərlə səhər danışmışam, vəziyyətinin sabit olduğunu, müalicə aldığını deyirlər. Bir aydan çoxdur üzünü görmürəm, görsəm, bilərdim ki, necədir. Artıq neçə gündür səsini də eşitmirəm”.

Qeyd edək ki, E.Bayram koronavirusa yoluxduğu üçüm bu il noyabrın 30-da Zığ qəsəbəsindəki modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, bir müddətdən sonra sağalaraq palataya köçürülmüşdü.