Koronavirusa yoluxanların sayı azaldı, sağalananların sayı artdıbackend

Koronavirusa yoluxanların sayı azaldı, sağalananların sayı artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada koronavirusdan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 847 nəfər müalicə olunaraq sağalıb, 534 nəfər vəfat edib, 2 054 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 042, bu günə qədər isə ümumilikdə 922 069 test icra olunub.