Koronavirusa yoluxmuş BMT əməkdaşlarının sayı üç yüzə çatıbbackend

Koronavirusa yoluxmuş BMT əməkdaşlarının sayı üç yüzə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada koronavirusa yoluxmuş BMT əməkdaşlarının sayı məlum olub.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi videobrifinqin gedişatında bildirib. O, qeyd edib ki, dünyanın ən böyük təşkilatının 280-dən çox üzvü COVD-19 infeksiyasına yoluxub.

“Dünən axşamkı məlumata görə, dünyada BMT əməkdaşları arasında ümumi 284 yoluxma halı var”, – deyə Dyujarrik bildirib. Onun sözlərinə görə, BMT katibliyinin heyətində sülh, səhra və siyasi missiyalar daxil olmaqla, 43 xəstə var.