Koronavirusa yoluxmuş deputat: Ev şəraitində müalicə alırambackend

Koronavirusa yoluxmuş deputat: Ev şəraitində müalicə alıram

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən günlərdə Milli Məclisin 10-dan çox deputatında COVID-19 virusunun aşkarlandığı barədə xəbər vermişdik. Bu səbəbdən də parlamentin son iclasında bəzi deputatlar iştirak etməyib.

Bəs hazırda koronavirusdan müalicə olunun adeputatların durumu necədir?

NOCOMMENT xəbər verir ki, virusla mübarizə aparan deputat Tahir Kərimli modern.az-a açıqlamasında bildirib ki, hazırda müalicəsinə davam edir: “Ümumi vəziyyətim normaldır. Həkim müayinəsi altında müalicələrim davam edir”.

Deputat xəstəxanaya getmədiyini deyib: “Ev şəraitində müalicə alıram. Xəstəxanaya getməyə hələ ki ehtiyac yoxdur. İnşallah, hər şey yaxşı olar”.