Koronavirusdan ən çox zərər çəkən ÖLKƏbackend

Koronavirusdan ən çox zərər çəkən ÖLKƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Böyük Britaniyanın üzv dövlətlər arasında koronavirusdan ən çox zərər çəkən ölkə olduğunu hesab edir.

NOCOMMENT.az xəbər verir ki, cari ilin ikinci rübündə Böyük Britaniyanın ümumdaxili məhsulunun həcmi 20,4 faiz aşağı düşüb. Bununla yanaşı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv 37 ölkənin ümumi iqtisadi göstəricisi 2020-ci ilin birinci rübü ilə müqayisədə 9,8 faiz azalıb.

Birləşmiş Krallığın iqtisadi tənəzzülü müşahidələr tarixinin ən güclüsüdür. Ekspertlər bunu ölkədə koronavirus səbəbindən tətbiq olunan məhdudlaşdırıcı tədbirlərlə əlaqələndirir.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, Böyük Britaniyada koronavirusa 328 min 846 yoluxma və 41 min 465 ölüm faktı qeydə alınıb.
modern.az