Koronavirusla bağlı son VƏZİYYƏTbackend

Koronavirusla bağlı son VƏZİYYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 828 358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 131 nəfər müalicə olunaraq sağalıb, 10 103 nəfər vəfat edib, aktiv xəstə sayı 124 nəfərdir.

Son sutka ərzində 579, hazırkı dövrədək isə 7 514 447 test aparılıb.