Koronavirusla mübarizədə əldə olunan uğurun əsas səbəbi xalqın öz dövlətinin yanında olmasıdırbackend

Koronavirusla mübarizədə əldə olunan uğurun əsas səbəbi xalqın öz dövlətinin yanında olmasıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nurəddin Mehdiyev: Hər kəs Azərbaycan Prezidentindən nümunə götürməlidir, koronavirusla mübarizədə bütün zəruri qaydalara əməl etməlidir.

Nurəddin Mehdiyev

NOCOMMENT.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına öz münasibətini bildirmişdir.

Bakıda yaşayan bir ingilis tanışım mənə danışırdı ki, mart ayında İngiltərədən Bakıya işguzar səfər edən və aeroportda qarşılanaraq sosial təcrid məqsədi ilə Atletlər Kəndinə yerləşdirilən bir neçə İngiltərə vətəndaşı qarşılanma, yerləşdikləri Atletlər Kəndində yaradılmış şərait və koronavirusla mübarizə sahəsində görülən işlərlə bağlı öz təəccüblərini gizlətməmişdilər. Onlar Avropanın ən qabaqcıl səhiyyəsi olan olan ölkələrdə, o cümlədən Birləşmiş Krallıqda belə səhiyyə sisteminin bir çox çətinliklərlə üzləşdiyini, Azərbaycanda isə bu istiqamətdə çevik və ən qabaqcıl metodların tətbiq edilməsi ilə addımların atıldığını söyləmişdilər. Söz vermişdilər ki, İngiltərəyə qayıtdıqdan sonra bu haqda mütləq mətbuatda məqalə yazacaqlar.

Nurəddin Mehdiyev bildirdi ki, iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qısa müddət ərzində quraşdırılmış üç modul tipli xəstəxananın açılışı, deyilənlərin nə qədər həqiqət olduğunu göstərdi. İndiyədək Azərbaycanda yeni modul tipli 4 xəstəxana açılmış, iyunun sonuna kimi daha 6 xəstəxana açılacaq və bununla da yeni yaradılmış modul tipli xəstəxanaların sayı 10-a çatdırılacaq. Bu isə əlavə iki min çarpayı deməkdir, təbii ki, bu da koronavirusla bağlı mübarizədə mövcud imkanları daha da genişləndirəcək. Prezident İlham Əliyev öz çıxışında maraqlı məqamlara toxunub. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Bir çox ölkələrdə xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir.

Prezident İlham Əliyev bir sıra inkişaf etmiş ölkələrin nümunəsini misal çəkərək demişdir ki, bir neçə inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Nurəddin Mehdiyevin fikirincə, Prezidentin bu fikirləri, illərdir Azərbaycan səhiyyəsinin inkişafına pessimist baxışlara sahib insanlara cavab idi. Məhz Azərbaycanda mövcud səhiyyə imkanları pandemiya dövründə vəziyyəti nəzarət altında saxlamağa imkan verdi. Son 16 il ərzində bütövlükdə 700-dən çox tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı təmir edilib, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bir neçə dəfə bu sahədə nümunəvi ölkə adlandırıb. Operativ Qərargahın, İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyətini müsbət qiymətləndirməyi də bacarmalıyıq. İlham Əliyev öz çıxışında bir daha vurğuladı ki, Azərbaycan dövləti hər bir Azərbaycan vətəndaşının yanındadır. Məhz bu prinsiplərə görə, koronavirus xəstələrini müalicə etmək üçün ən qabaqcıl 20 xəstəxana ayrılıb, yeni 20 – dən çox laboratoriyalar alınıb.bÇətinliklərə baxmayaraq,  minlərlə vətəndaşımız xaricdən təxliyə edilib və bu proses davam etdirilir. Dövlətimiz şüurlu şəkildə məhdudlaşdırıcı tədbirlərə gedərək insanların sağlamlığını iqtisadi amildən üstün tutdu. Azərbaycan dövləti vətəndaşların sağlamlığını ön planda tutmaqla yanaşı iqtisadiyyatımızı da qorumağa çalışır və buna nail olur.  Bütün iqtisadi çətinliklərə baxmayaraq pandemiya dövründə Azərbaycanda iqtisadi fəaliyyət uğurlu olub. Qeyri-neft sektorunda sənaye 14 faiz, kənd təsərrüfatı 3,6 faiz artıb.

Pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Azrbaycan COVİD-19-la mübarizə məqsədilə fərdi qaydada 14 ölkəyə,  ÜST xətti ilə Quşulmama Hərəkatına üzv 15 ölkəyə, ümumilikdə 29 ölkəyə humanitar yardım göstərmişdir. Bu Azərbaycana olan rəğbət və hörməti artırır.

Koronavirusla mübarizə sahəsində əldə olunan uğurun əsas səbəbi xalqın öz dövlətinin yanında olmasıdır. Azərbaycan vətəndaşlarından dövlət başçısına hər gün daxil olan yüzlərlə məktubda ölkəmizdə pandemiya dövründə görülmüş işlərə yüksək qiymət verilməsi də dediklərimizi təsdiq edir. Prezident öz çıxışında Azərbaycan vətəndaşlarının göstərdiyi dəstək və həmrəyliyi təqdirəlayiq hadisə kimi qiymətləndirdi: ”Bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Ancaq bu gün sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir”.

Azərbaycan cəmiyyətinin tətbiq olunan məhdudiyyətlərə münasibətdə çox böyük məsuliyyət, nizam-intizam göstərməsi ilə yanaşı bir çox vətəndaşların məsuliyyətsiz davranaşı ucbatından son günlər yoluxanların sayı artmışdır. İnsanlarımız başa düşməlidirlər ki, Azərbaycan dövləti tərəfindən atılan bütün addımlar, xüsusi karantin rejiminin tətbiqi onların sağlamlığı üçündür. Hamı görür ki, Azərbaycan Prezidenti bütün qapalı yerlərdə tibbi maskadan istifadə edir. Hər kəs bundan nümunə götürməli, ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində və digər yerlərdə maskadan istifadə etməli, sosial məsafəni qorumalıdır. Bu bir həqiqətdir ki, koronavirusla mübarizədə daha tez qələbə çalmağımız üçün daha çox məsuliyyətli olmalı və dövlətimizin atdığı bütün addımlara dəstək verməliyik.