Koronavirusla mübarizəyə dəstək məqsədilə yeni video-çarx hazırlanıb – VİDEObackend

Koronavirusla mübarizəyə dəstək məqsədilə yeni video-çarx hazırlanıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq Bakı Media Mərkəzi, sosial məsuliyyəti çərçivəsində yeni video-çarx hazırlayıb.

Mərkəzdən NOCOMMENT.az-a verilən məlumata görə, video-çarxda, xəstəliyin simptomları ilə bağlı şübhə yarandığı halda vətəndaşlarımıza özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdə qalmaq, dərhal şəxsi həkimlərinə və ya Təcili Tibbi Yardım Stansiyasına – 103 və 113 xidmətinə və ya 24 saat fəaliyyət göstərən qaynar xətt –“1542”-yə müraciət etmək tövsiyə olunur.