Koronavirusun daha təhlükəli yeni ştamı ölkəmizdə varmı? – RƏSMİ AÇIQLAMAbackend

Koronavirusun daha təhlükəli yeni ştamı ölkəmizdə varmı? – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda heç kim doğru məlumat verə bilməz ki, Azərbaycanda koronavirusun yeni ştamı var”.

NOCOMMENT xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, bu gün ölkədə PCR üsulu ilə virusun mövcudluğunu təsdiq etmək mümkündür: “Virusun növünü, mutasiyasını və yeni ştamlarının olduğunu araşdırmırıq. Bu gün məlum olan ştam haqqında dəqiq məlumat odur ki, yoluxma sürəti daha yüksəkdir”.

“Daha ağır xəstəlik törədir, yaxud daha çox ölümə səbəb olur, fəsadları meydana çıxır kimi məlumatlar tam dəqiq deyil”, – deyə Y.Qarayeva əlavə edib.