Korotçenko: Azərbaycan öz ərazilərinin azad edilməsində daha irəli gedə bilərdibackend

Korotçenko: Azərbaycan öz ərazilərinin azad edilməsində daha irəli gedə bilərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ uğrunda Aprel döyüşləri işğal edilmiş ərazilərin azad olunması məsələsinin həllində Azərbaycan Silahlı Qüvvələrinin artan imkanlarını nümayiş etdirdi.

NOCOMMENT azərtac-a istinadən xəbər verir ki, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bu sözləri “Vestnik Kavkaza” informasiya agentliyinə müsahibəsində deyib.

Xatırladaq ki, 2016-cı il aprel ayının əvvəlində Qarabağda şiddətli döyüşlər gedib və bu döyüşlər tarixə Aprel müharibəsi kimi düşüb.

Ekspert deyib: “Hərbi əməliyyatlar yetərincə qısa müddətdə dayandırıldı, lakin Aprel döyüşlərinin ilk uğuru sonradan artıq üstünlük təşkil edən bu meyilləri ifadə etdi: erməni ordusu strateji təşəbbüsü itirir, işğal etdiyi əraziləri əldə saxlaya bilmir, Azərbaycan Silahlı Qüvvələri isə döyüş təchizatı, yüksək mənəvi ruh və motivasiya sayəsində irəli getməyə hazırdır.

Onun fikrincə, Aprel hadisələri 2020-ci ildə baş verən böyük dəyişikliklərin müjdəçisi oldu və bu dəyişikliklərin yekunu Qarabağ müharibəsinin sona çatması, erməni silahlı qüvvələrinin kapitulyasiyası və işğal edilmiş Azərbaycan ərazilərinin azad olunması ilə nəticələndi. 2016-cı ilin Aprel döyüşlərini təhlil edərək münaqişə zonasında vəziyyətin nə dərəcədə dəyişməsi barədə, həmçinin əgər Ermənistan sülh danışıqlarını uzatmaqda və bu danışıqların imitasiyası ilə məşğul olmaqda davam edərsə, o halda nələr baş verəcəyi haqda mühakimə yürütmək olardı.

“Nasionalnaya oborona” jurnalının baş redaktoru deyib: “Mənim fikrimcə, Azərbaycan 2016-cı il Aprel döyüşlərinin yekunlarına görə, xüsusi əməliyyatların gücünün, kəşfiyyat və zərbə növlü pilotsuz uçan aparatlardan istifadənin rolunun artırılmasının vacibliyi barədə düzgün nəticə çıxarmışdı. Bundan əlavə, zənnimcə, Aprel döyüşləri əvvəlki yanaşmaların köhnəlmiş olduğunu göstərdi. O vaxta qədər belə hesab olunurdu ki, qoşunların təmas xəttində işğalçı qüvvələrin mühəndis istehkamları dəfedilməzdir. Lakin məlum oldu ki, əslində, yeni taktiki yollardan və hərbi əməliyyatların aparılmasının yeni üsullarından istifadə etməklə onların öhdəsindən gəlmək mümkündür”.

Ekspert qeyd edib ki, o vaxt Azərbaycan öz ərazilərinin azad edilməsində daha irəli gedə bilərdi, lakin o vaxt ən əvvəl Qərb ölkələri tərəfindən, Azərbaycan Ordusunun irəliləməsini dayandırmaqdan ötrü misli görünməmiş səy göstərilirdi.

İqor Korotçenko sonda deyib: “İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı əzmək üçün kənardan göstərilən bütün cəhdlər səmərəsiz oldu. Yəni Azərbaycan siyasi baxımdan da bundan müəyyən dərs götürdü və 2020-ci ilin payızında hərbi kampaniyanın əsas məsələləri həll edilənədək ona təzyiq göstərilməsinə imkan vermədi”.