Korotçenko: Nikol ümidlənməsin, Qarabağ Azərbaycandır!backend

Korotçenko: Nikol ümidlənməsin, Qarabağ Azərbaycandır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

KTMT Ermənistanın ərazi iddialarını heç vaxt dəstəkləməyəcək. Qarabağ Azərbaycandır, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, beynəlxalq birlik də bu fikirdədir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi eksperti İqor Korotçenko deyib.

“KTMT-nin Baş katibi Stanislav Zas dəfələrlə deyib ki, nə 44 günlük müharibə, nə də Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr zamanı təşkilatın müdaxiləsi üçün heç bir səbəb olmayıb. Yeri gəlmişkən, əgər Nikol Paşinyan Tokayevin yerində olsaydı, onu heç kim xilas etməyəcəkdi… Çünki prinsipial fərq var. O, KTMT ölkələrinin liderləri üçün yaddır. Hazırda Paşinyan rol oynayır, hansısa dividendləri əldə etməyə çalışır”, – deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, Ermənistan “ingilis bayrağı siyasəti”ni yürüdür, bununla da opponentlərinin onsuz da zəif olan inamını itirir: “Ermənistan hər zaman gah ABŞ-a, gah Fransaya, gah İrana, gah da KTMT-yə ümidlənir, özü heç nəyə qadir deyil. Ermənilər ya öz ölkələri daxilində nəsə etsinlər, ya da Fransaya gedib, orada öz “fransız artsax”ını yaratsınlar. Təbii ki, əgər Fransanın xüsusi xidmət orqanları və prezidenti buna imkan verərsə… Biz isə bu cəhdlərin nə ilə nəticələnəcəyini müşahidə edəcəyik”.