Körpələrini öldürdüyünə görə həbsdə olan anabackend

Körpələrini öldürdüyünə görə həbsdə olan ana

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘Avstraliyanın ən pis qadın qatili’ başlıqları ilə manşetlərə çıxan Kathleen Folbigg 20 il dəmir barmaqlıqlar arxasında qaldıqdan sonra elmin müdaxiləsi ilə azad edildi.

NOCOMMENT xəbər verir ki, Folbiqin DNT-sində dərhal ələ keçirilən qeyri-adi bir genetik ardıcıllıq ananın günahsızlığını sübut edən məlumatları işə saldı.

İlk göz bəbəyini qucağına alanda 1989-cu il idi. O, əri Kreyqlə birlikdə 1989-cu ilin fevralında doğulan körpələrinə Kaleb adını verib. Körpə hələ 19 günlük olarkən gecə yarısı, yatağında yorğan-döşəyə bükülmüş halda ölü tapılıb.

Cütlük bir ildən artıq müddətdə ikinci dəfə valideyn olub. Onlar 1990-cı ilin iyununda doğulan körpələrinə bu dəfə Patrik adını veriblər. Balaca Patrik hələ bir neçə aylıq olarkən xəstələndi və 1991-ci ilin fevralında öldü. Həkim körpənin səbəbsiz qəfil ürək tutmasından öldüyünü müəyyən edib.

1992-ci ilin oktyabrında ‘sağlam və xoşbəxt’ Sara anadan oldu. Ancaq körpə qız 1993-cü ilin avqustunda bir yaşına çatmamış vəfat edib.

Kathleen Folbigg Saranın ölümündən üç il sonra yenidən hamilə qaldı və 1997-ci ilin avqustunda dördüncü körpəsini dünyaya gətirdi. Laura ikinci yaşına çatmadan dünyasını dəyişib.Ədli Tibbdə edilən yarılmada ölüm səbəbi ürək əzələsindəki yüngül iltihabın verdiyi zərər olaraq qeyd edilib.

19 günlük və 19 aylıq dörd körpəsini itirən avstraliyalı Kathleen Folbigg övladlarını öldürdüyü üçün hakim qarşısına çıxanda bütün ölkə tərəfindən tanınıb.