Körpəsini həyətə tullayan şəxs həbs edildibackend

Körpəsini həyətə tullayan şəxs həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal Rayon Məhkəməsi qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Samir Ağakərimovla bağlı qərar elan edib.

NOCOMMENT.az xəbər verir ki, məhkəmə istintaq orqanının təqdimatını təmin edib və S.Ağakərimovun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə aprelin 26-sı saat 16 radələrində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, S.Ağakərimov 1 yaşlı oğlunu evdən həyətə tullayıb. Nəticədə azyaşlı kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma – xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanılıb, istintaq aparılır.