Körpəsini yastıqla boğan ataya hökm oxundubackend

Körpəsini yastıqla boğan ataya hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 6 aylıq körpəsini boğaraq öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Vüsal Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

NOCOMMENT.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.
Hökmə əsasən, V.Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il mayın 30-da paytaxtın Binəqədi rayonunda qeydə alınıb. 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub. İlkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.