Kosaçev: Rus sülhməramlıları o vaxt uğur qazanacaq ki…backend

Kosaçev: Rus sülhməramlıları o vaxt uğur qazanacaq ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı münaqişə zonasındakı missiyası yalnız Ermənistanın Azərbaycan kimi öhdəliklərinin bir hissəsini yerinə yetirməyə hazır olduğunu nümayiş etdirdiyi zaman təsirli olacaq.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev deyib.

“Bunun üzərində dayanmağa və Rusiya sülhməramlılarının xeyirxah xidmətlərindən istifadə etməyə Azərbaycanın da, Ermənistanın birinci şəxslərinin razılığı var. Bugünkü vəziyyətə əsasən, bu razılığın heç olmasa nisbi ictimai razılıq və konsensusla müşayiət olunduğundan əmin olmalıyıq. Ermənistan Azərbaycan kimi bu üçtərəfli saziş üzrə öhdəliyinin bir hissəsini yerinə yetirməyə hazır olduğunu nümayiş etdirməlidir. Yalnız o zaman Rusiya sülhməramlılarının bölgədəki mövcudluğu səmərəli olacaq” , – deyə Kosaçev bildirib.