Koşkoviç: Ukrayna münaqişənin həllində söz sahibi deyilbackend

Koşkoviç: Ukrayna münaqişənin həllində söz sahibi deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna lideri Vladimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar kontekstində beynəlxalq arenada söz haqqına malik deyil.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç sosial şəbəkə Xdə paylaşım edib.

“Əslində, Ukraynanın bu məsələdə söz haqqı yoxdur. Zelenski yalnız ona görə hər şeyə ‘yox’ deyə bilər ki, avrokratlardan bizim pullarımız hesabına dəstək alır,” – deyə o qeyd edib.

Analitikin fikrincə, əgər Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Ukraynadakı münaqişənin həlli şərtləri ilə bağlı razılığa gəlsələr, ukraynalılar bəzi ərazilərdən imtina etmək məcburiyyətində qalacaqlar.