Koşkoviç: Zelenski üçün ən yaxşı yol Rusiyayla sülh bağlamaqdırbackend

Koşkoviç: Zelenski üçün ən yaxşı yol Rusiyayla sülh bağlamaqdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski artıq Rusiya ilə münaqişəni davam etdirmək imkanına malik deyil.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə X-dəki paylaşımında yazıb.

Ekspert Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın Ukraynanın Avropa İttifaqına yalnız 1943-cü il Volın hadisələri ilə bağlı bütün məsələlər həll edildikdən sonra daxil ola biləcəyinə dair açıqlamasını şərh edib.

Koşkoviç qeyd edib ki, Varşavada Zelenski ilə bağlı məsələnin qapandığını düşünürlər və buna görə də onun üçün ən yaxşı variant döyüşləri dayandırmaq və Rusiya ilə sülh bağlamaqdır.