Almaniyada qandonduran cinayət hadisəsi baş verib.
NOCOMMENT.az “Haber Global”a istinadən xəbər verir ki, ötən ilin avqustunda İnqolştadtda 25 yaşlı gözəllik mütəxəssisi Şahraban adlı qadının ailəsi onun avtomobilində cəsəd tapıb. Lakin meyitin onların qızına deyil, 23 yaşlı bir qıza məxsus olduğu müəyyən edilib.
Baş verənlərdən sonra 25 yaşlı kosmetoloq Şahraban və onun şəriki Şeqir ona çox bənzəyən 23 yaşlı gözəllik blogeri öldürməkdə günahlandırılıb.
Prokurorların sözlərinə görə, Şahraban sosial şəbəkədə özünə bənzəyən birini axtarıb və saxta klip layihəsi ilə aldadıb.
Bildirir ki, cütlük qurbanı kimsəsiz yerə apararaq ona 56 bıçaq zərbəsi vurub.
Prokurorlar qətlin planlı və qəddar xarakter daşıdığını qeyd ediblər.