Kosovo ilə Serbiya arasında sular durulmurbackend

Kosovo ilə Serbiya arasında sular durulmur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kosovo və Serbiya arasında Balkanlarda zaman-zaman üz-üzə gələn son hadisələrin böyük münaqişələrə çevriləcəyi ilə bağlı narahatlıqlar var.

NOCOMMENT xəbər verir ki, Serblərin sıx yaşadığı Kosovonun şimalındakı bələdiyyələrdə “alban” administrasiyasına qarşı çıxan Kosovo serblərinin etirazları ilə başlayan gərginlik NATO-nun Kosovo Sülh Qüvvələrinin (KFOR) 30 əsgərinin yaralanmasından sonra artıb.

KFOR əsgərlərinin yaralandığı hadisələrdən sonra NATO-nun baş katibi Yens Stoltenberq bölgəyə əlavə olaraq 700 əsgərin əlavə olaraq göndəriləcəyini açıqlayıb.

ABŞ Kosovoya qarşı sanksiyaların tətbiq oluna biləcəyinə işarə vursa da, Türkiyə də daxil olmaqla bir çox ölkə gərginliyin tez bir zamanda azaldılmasına çağırıb.