Kosovo-Serbiya gərginliyi müharibəyə çevriləcəkmi?backend

Kosovo-Serbiya gərginliyi müharibəyə çevriləcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya prezidenti Aleksandar Vuçiç Kosovo ilə Serbiya arasında gərginliyin müharibəyə çevrilmə ehtimalını görmədiyini və bütün çətinliklərin öhdəsindən gələcəyinə ümid etdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Vuçiç Dünya İqtisadi Forumunda (WEF) jurnalistlərə açıqlama verərkən bildirib.

Bölgədə Serbiya və Kosovo arasında son günlər yaşanan gərginliyə də toxunan Vuçiç, “Ümid edirəm ki, bölgədə sabitliyi və sülhü qoruya bilərik” deyə açıqlama verib.

Bu mövzuda WEF-də iştirak edən bəzi ölkələrlə fərqli fikirləri olduğunu bildirən Vuçiç, Serbiya və Serbiyanın ərazi bütövlüyü müzakirə edilərkən BMT Konvensiyasına və BMT qətnaməsinə hər zaman əməl etmək və hörmət etmək lazım olduğu halda, məsələnin bu aspektdən baxılmadığını vurğuıayıb.