Kosovodan Serbiyaya ‘şərti normallaşma’ təklifibackend

Kosovodan Serbiyaya ‘şərti normallaşma’ təklifi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kosovonun baş naziri Albin Kurti Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Delfi İqtisadi Forumunda iştirak edib.

NOCOMMENT.az xəbər verir ki, Albin Kosovo ilə Serbiya arasında münasibətlərin normallaşmasının yalnız qarşılıqlı tanınma ilə mümkün ola biləcəyini bildirib.

“ABŞ prezidenti Co Bayden, ABŞ dövlət katibi Entoni Blinken və Almaniya kansleri Olaf Şolts da qarşılıqlı tanınmanın münasibətlərin normallaşmasının əsas təməli olduğunu bildiriblər. Avropa İttifaqının mənə və Serbiya prezidenti Aleksandr Vuçiçə təklifi bir təməldir və biz bunun üzərində işləyirik” deyə Albin açıqlama verib.

Qeyd edək ki, Kurti və Vuçiç Fransa-Almaniya Planı kimi tanınan təklifi müzakirə etmək üçün bazar ertəsi Belçikanın paytaxtı Brüsseldə görüşüblər.

Kurtinin bəyanatına görə, Kosovo planı imzalamağa hazır olduğunu bəyan edib, Serbiya lideri Vuçiç isə sənədi imzalamaqdan imtina edib. Təklif Serbiyanın Kosovonu rəsmi olmasa da de-fakto tanımasını və onun beynəlxalq təşkilatlara üzv olmasına mane olmamasını nəzərdə tutur.

NOCOMMENT.AZ