Kosovonun baş naziri Kurtidən serb etirazçılara sərt sözlərbackend

Kosovonun baş naziri Kurtidən serb etirazçılara sərt sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kosovo Baş naziri Albin Kurti ölkənin şimalındakı gərgin vəziyyəti yumşaltmaq üçün beynəlxalq tərəfdaşlarla əlaqəni gücləndirdiklərini və məqsədlərinin bölgədəki vəziyyəti sakitləşdirmək olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Kosovo Baş naziri Albin Kurti sosial media hesabından paylaşdığı video müraciətdə ölkə gündəmi ilə bağlı açıqlamalar verib.

Etirazçıların məqsədinin hökuməti devirmək olduğunu bildirən Kurt, “Kosovoda hakimiyyət ancaq seçkilərlə əldə edilə bilər. Zorakılıq və cinayət yolu ilə deyil” deyə açıqlama verib.

Şimalda xidmət edən Kosovo polislərinin və NATO-nun Kosovo Sülhməramlı Qüvvələrinin (KFOR) əsgərlərinin etirazçı radikallarla dinc bələdiyyə qurumları arasında sərhəd təşkil etdiyini ifadə edən Kurti, “Son saatlarda qurumlarımız beynəlxalq tərəfdaşlarla əlaqəni daha da artırıb, çünki vəziyyəti yumşaltmaq üçün ümumi məqsədimiz var. Lakin dünən gözümüzün qabağında sübut olundu ki, bizim ümumi təhdid və təhlükələrimizlə yanaşı, narahatlıq və qayğılarımız da var.”

NOCOMMENT.AZ