Kosovonun şimalında gərginlik davam edirbackend

Kosovonun şimalında gərginlik davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhər saatlarından etibarən Kosovonun şimalında Zveçan bələdiyyəsi qarşısında etiraz aksiyası keçirən serblərlə NATO-nun Kosovo Sülh Qüvvələrinin (KFOR) bölmələri arasında qarşıdurma yaşanıb.

NOCOMMENT.az xəbər verir ki, NATO-nun Kosovo Sülh Qüvvələri bələdiyyə binası qarşısında toplaşanları gözyaşardıcı qazdan istifadə edərək dağıtmağa çalışsa da, etirazçılar KFOR qüvvələrinə sərt əşyalar atmaqla cavab veriblər.

Nümayişçilər bələdiyyə binası qarşısında KFOR qüvvələrinə ara küçələrdən hücumlarını davam etdirirlər.

Baş verən qarşıdurmada atışma səslərinin eşidildiyi, bölgədəki Kosovo polisinə məxsus avtomobilin yandırıldığı və hər iki tərəfdən yaralıların olduğu bildirilir.

NOCOMMENT.AZ