Kotton: Rusiya dünyanın ən böyük nüvə arsenalına malikdirbackend

Kotton: Rusiya dünyanın ən böyük nüvə arsenalına malikdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Federasiyası bütün dünyada ən böyük və ən müxtəlif nüvə arsenalına malikdir”.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının (STRATCOM) rəhbəri general Entoni Kotton bildirib.

“Rusiya dünyanın istənilən ölkəsi arasında ən böyük və ən müxtəlif nüvə arsenalına malikdir”, -deyə Entoni Kotton bildirib.

Kottonun sözlərinə görə, bu qənaətə gəlməyə səbəb ötən il Rusiyada “RS-28 Sarmat” qitələrarası ballistik raketinin döyüş növbətçiliyinə yerləşdirilməsi olub.

“Bundan əlavə, Rusiya Federasiyası qanadlı raketləri daşıyan nüvə sualtı qayıqlarını yaratmağa və qəbul etməyə davam edir. O, öz nüvə potensialını müasirləşdirir və genişləndirir”, – deyə Kotton vurğulayıb.