Kotvani: Rusiya neftinin alınması Hindistanın suveren qərarıdırbackend

Kotvani: Rusiya neftinin alınması Hindistanın suveren qərarıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan ABŞ-ın təzyiqlərinə baxmayaraq, Rusiya neftinin idxalını əhəmiyyətli dərəcədə azaltmayacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu RİA Novosti-yə Hindistan Biznes Alyansının prezidenti Semmi Kotvani bildirib.

“Biz dəyişməz mövqedə qalırıq ki, Rusiya neftinin alınması ölkənin maraqları naminə verilmiş suveren qərardır. Hindistana 1,4 milyard əhalisi və inkişaf edən iqtisadiyyatı üçün əlçatan enerji lazımdır”, – deyə o vurğulayıb.

Kotvani qeyd edib ki, Hindistan və Rusiya enerji resurslarının birgə inkişafında maraqlıdırlar.