Mayın 6-da İngiltərə kralı III Çarlzın tacqoyma mərasimi zamanı paytaxt Londonun küçələrində təhlükəsizliyi təmin etmək üçün 29 mindən çox polis əməkdaşı olacaq.
NOCOMMENT.az xəbər verir ki, xüsusilə tacqoyma günü Londonun küçələrində 11 mindən çox polis nəzarət edəcək.
Bundan əlavə, polis itləri, odlu silahlar bölməsi, dəniz dəstəyi bölməsi və xüsusi polis qüvvələrinin əməkdaşları hər hansı bir hadisə və ya cinayətə müdaxilə etmək üçün iştirak edəcəklər.
NOCOMMENT.AZ