Kral III Çarlzın tacqoymasına etiraz edən qrupun lideri saxlanılıbbackend

Kral III Çarlzın tacqoymasına etiraz edən qrupun lideri saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə kral III Çarlzın tacqoyma mərasiminə etiraz edən antimonarxiya “Respublika” hərəkatının lideri Qrem Smit saxlanılıb.

NOCOMMENT xəbər verir ki, Londonda antimonarxiya nümayişlərinin keçirildiyi Trafalqar meydanında Respublikaçılar hərəkatının rəhbəri Smitə pankart paylayarkən polis müdaxilə edib.

Smitdən başqa, monarxiya əleyhinə nümayişlərə rəhbərlik edən daha 5 nəfər polis tərəfindən dayandırılıb.

Respublikaçı qruplardan 2000-dən çox nümayişçinin yaxın saatlarda Trafalqar meydanına toplaşacağı gözlənilir. Kral III Çarlzın tacqoyma mərasimi zamanı mümkün nümayişlərə qarşı şəhərdə 11 500 polis əməkdaşı vəzifə yerinə yetirir.

Kraliça II Yelizavetanın 1953-cü ildə üç saat davam edən tacqoyma mərasimində 8000-dən çox qonaq iştirak edib. Kral Çarlz üçün mərasimin daha qısa və daha kiçik olacağı gözlənilir.

Kral Çarlzın tacqoyma mərasiminə 2 min 200 qonağın qatılacağı məlumdur.