Kral iki oğlunun arasında qaldıbackend

Kral iki oğlunun arasında qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə kralı III. Çarlz bu yaxınlarda yazdığı “Spare” kitabı ilə dünya miqyasında təsir bağışlayan oğlu Harrinin tacqoyma mərasimində iştirakını istəsə də, böyük oğlu Uilyam buna etiraz edir.

NOCOMMENT.az xəbər verir ki, üç il əvvəl ABŞ-a köçən Britaniya şahzadəsi Harri (38) bu ay işıq üzü görən avtobioqrafik “Spare” kitabında ən çox böyük qardaşı Şahzadə Uilyamı (40) hədəf alıb.

Bu səbəbdən Harrinin atası, İngiltərə kralı III Çarlzın mayın 6-da keçiriləcək tacqoyma mərasiminə dəvət edilib-edilməyəcəyi maraq doğururdu.

Bununla belə, kral Harrinin mərasimdə Meqanla birlikdə iştirak etməsini istəyib.

Şahzadə Uilyamın isə buna qarşı çıxdığı bildirilir.

Müzakirələrdə kimin qalib gələcəyi isə yaxın günlərdə müəyyənləşəcək.