Kral və Japarov İlham Əliyevi təbrik etdibackend

Kral və Japarov İlham Əliyevi təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

NOCOMMENT.az xəbər verir ki, təbrikdə qeyd olunur:

“Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi qırğız xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasındakı çoxəsrlik dostluq, strateji tərəfdaşlıq münasibətləri və qarşılıqlı dəstək bundan sonra da inkişaf edəcək və xalqlarımızın maraqlarına uyğun yeni üfüqlər açacaqdır.

Məmnuniyyətlə qeyd edirəm ki, bu il dövlətlərarası münasibətlərimizin təməli rolunu oynayan, 1997-ci il aprelin 23-də Bakıda imzalanmış dostluq və əməkdaşlıq haqqında Sazişin 25-ci ildönümü ilə əlamətdardır.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

***

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl-Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və tərəqqi arzu edirik”, – təbrikdə qeyd olunub.