Kramatorska raket hücumu: 1 ölü, 3 yaralıbackend

Kramatorska raket hücumu: 1 ölü, 3 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynanın Kramatorsk şəhərinə raket hücumu həyata keçirib.

NOCOMMENT.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, ən azı 3 nəfər yaralanıb.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya məxsus raketin Kramatorsk şəhər mərkəzinə düşdüyünü açıqlayıb.

Sosial media hesabından paylaşım edən Zelenski, “Hücum zamanı 6 mərtəbəli binaya ziyan dəyib. Ən azı 3 nəfər yaralanıb, 1 nəfər ölüb. Hisslərim və düşüncələrim ailələrin yanındadır. Axtarış işləri davam edir. Rusiya mülki şəxsləri hədəf almağa davam edir.”

NOCOMMENT.AZ