Krasnodarda azərbaycanlılar və ermənilər arasında qanlı dava: ÖLƏN və yaralanan varbackend

Krasnodarda azərbaycanlılar və ermənilər arasında qanlı dava: ÖLƏN və yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnodar vilayətində hüquq-mühafizə orqanları ruslar, ermənilər və azərbaycanlıların iştirakı ilə baş verən kütləvi davanın səbəblərini araşdırırlar. Artıq 22 yaşlı oğlanı bıçaqlayaraq öldürən və onun 31 yaşlı dostunu yaralayan şəxsi axtarışa veriblər.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, Beloreçensk şəhərciyinin sakinləri baş verən qətldən sonra mübahisəni iştirakçıların milli mənsubiyyətləri ilə əlaqələndirirlər.

Hadisə zamanı iştirakçılardan birinin 22 yaşlı gənci sinəsindən bıçaqladığı və 31 yaşlı dostunun mədəsindən yaraladığı qeyd olunur. Göstərilən tibbi yardıma baxmayaraq, gənc aldığı xəsarətlərdən ölüb. Ölən və yaralananların şəxsiyyəti bildirilməyib.

Eyni zamanda, müstəntiqlər millətlərarası çəkişmə ehtimalını rəsmi olaraq elan etməyiblər. Rusiya Ermənilər Birliyinin Beloreçensk bölgəsindəki şöbəsinin rəhbəri Ruben Madelyan da millətlərarası qarşıdurmanın əlamətlərinin olmadığını bildirib. Azərbaycan icmasının nümayəndəsi Əfqan Əlləzov isə bildirib ki, “xalqının nümayəndəsinin bu hərəkətinə görə utanır və qarşı tərəfdən üzr istəyir…”

Onun sözlərinə istinadən ehtimal etmək olar ki, axtarışda olan şəxs azərbaycanlıdır…