Krasnodar diyarında mikroavtobus və yanacaq çəninin iştirakı ilə qəza baş verib.
NOCOMMENT.az bu barədə TASS-a istinadla xəbər verir.
Məlumata görə, qəzadan sonra cinayət işi açılıb.
Dekabrın 5-də Krasnodar-Slavyansk-na-Kuban-Temryuk federal magistralının Mayevski dairəsi ərazisində baş vermiş faciəvi qəzada 16 nəfər xəsarət alıb.
5 nəfərin vəziyyəti ağırdır. 2 sürücü və 1 sərnişin yerindəcə dünyasını dəyişib.