Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində ABŞ Prezidenti Donald Trampla Alyaskada baş tutan görüşün nəticələri barədə bir çox xarici həmkarlarını məlumatlandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov VGTRK jurnalisti Pavel Zarubinə açıqlama verib.
“Prezidentimiz, ən azı, Ankoricdə prezident Trampla əldə olunan razılaşmaları müzakirə edib. Dövlət başçımız bu barədə bir çox həmkarı ilə, o cümlədən Çin sədri Si Cinpin və, təbii ki, Hindistanın Baş naziri Narendra Modi ilə söhbət aparıb”, – Uşakov bildirib.