Avropa ölkələri Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə can atmır, əksinə, onun davam etdirilməsinə təhrik edirlər.
NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Təəssüf ki, həqiqətən də Avropa paytaxtları sülh danışıqlarına aparan hər hansı yol axtarmağa meylli deyillər, əksinə, müharibənin davam etdirilməsinə daha da təhrik etməyə meyllidirlər”, – Kreml nümayəndəsi qeyd edib.