Kreml bu məsələyə münasibət bildiribbackend

Kreml bu məsələyə münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, indiki məqamda ABŞ-ın Ukrayna üzrə danışıqlar prosesindən çıxması barədə danışmaq tezdir.

NOCOMMENT.az bildirir ki, onun sözlərini RBC yayıb.

“İndi “nəsə olarsa” demək düzgün deyil”. Gəlin ondan çıxış edək ki, Rusiya Amerika tərəfi ilə işləməyə davam edir. Biz sülhə nail olmaq üçün səyləri davam etdirməyə sadiqik”, – Kreml sözçüsü bildirib.

Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin Kiyevin Krım yarımadasını Rusiyanınki kimi tanımaqdan imtina etməsi ilə bağlı açıqlamalarının danışıqlara zərər vurduğunu bildirib.