Kreml-dən ABŞ-ın Ukraynaya silah tədarükü ilə bağlı reaksiyabackend

Kreml-dən ABŞ-ın Ukraynaya silah tədarükü ilə bağlı reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika silahlarının Ukraynaya tədarükü davam edir.

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Dmitri Peskov jurnalistlərə Kremlin ABŞ prezidenti Donald Trampın bu cür addımlarını necə qiymətləndirdiyi ilə bağlı sualı cavablandırarkən deyib: “Fakt olaraq ABŞ-dan Ukraynaya silah, sursat və hərbi texnikanın tədarükü davam edib və davam edir”.

O qeyd edib ki, yüksək qiymətlər barədə çox danışılıb, lakin silah və sursat hələ də Kiyevə gedir , lakin indi bu tədarüklərin pulunu Avropa ödəyəcək.

Əvvəllər bildirilmişdi ki, Tramp Ukraynaya hücum silahlarının tədarükünü bazar ertəsi, iyulun 14-də elan etməyi planlaşdırır. Vaşinqton yəqin ki, Kiyevə Rusiya ərazisinin dərinliklərində, o cümlədən Moskvada hədəfləri vura bilən uzaqmənzilli raketlər vermək qərarına gəlib.