Kreml dəyişir: Bu, Əliyevin qələbəsidir – Artamonovbackend

Kreml dəyişir: Bu, Əliyevin qələbəsidir – Artamonov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Cənubi Qafqazdakı xarici siyasəti hazırda mühüm dəyişikliklərə məruz qalır. Rusiyanın regionda prioriteti Azərbaycan və Ermənistan arasında sabit sülhə nail olmaqdır, lakin bu vəzifə yeni strategiya tələb edir. İrəvanın Qərbə doğru daha da meyillənməsi və Moskvanın Bakı ilə Müttəfiqlik Bəyannaməsi imzalaması baxımından iki respublika arasında əvvəlki balanslaşdırma aktı artıq özünü doğrultmur.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi müşahidəçi, Rusiya-Azərbaycan ekspert şurasının üzvü Aleksandr Artamonov deyib.

“Rusiya XİN rəhbəri Lavrovun Azərbaycana səfəri Moskvanın Cənubi Qafqazdakı yeni siyasətinin təcəssümüdür. Biz bilirik ki, paradiqma dəyişikliyi gedir, Kremlin bütün Qafqaz düyününə münasibəti dəyişir. Üçtərəfli Bəyanata uyğun olaraq, Qarabağ iqtisadi rayonunda Rusiyanın sülhməramlı missiyasının müddəti başa çatacağı 2025-ci il ərəfəsində Moskva Ermənistanın necə davrandığını diqqətlə izləyir. Və belə bir anlayış var ki, regional siyasətdə Azərbaycana güvənmək daha yaxşıdır. Yəni biz tarixi dəyişikliklərin şahidi oluruq və açıq şəkildə deməyə dəyər ki, bu, İlham Əliyevin böyük qələbəsidir”, – o bildirib.

Artamonov qeyd edib ki, Rusiya sülh mövzusunda Azərbaycana arxalanır: